Pakistanda 20 şiə müsəlmanı öldürülüb

Pakistanda 20 şiə müsəlmanı öldürülüb.

Polisin məlumatına görə naməlum adamlar onları avtobusdan düşürərək güllələyiblər.

Hadisə paytaxt İslamabadın 160 kilometrliyində yerləşən Naran vadisində baş verib.

Avtobus Ravalpindi şəhərindən Cilcit şəhərinə gedirmiş.

Bu yarım il ərzində bu rayonda şiələrə qarşı dörədilmiş ikinci belə hadisədir.