İsmayıllı dağlarında yanğın olub

-
İsmayıllı rayonunun Tircan və Qaraqaya kəndləri arasında çətin keçilən dağlıq ərazidə, 3 hektar kol-kos, quru ot və seyrək ağaclar olan sahə yanıb.

Yanğın dağlıq ərazidə baş verdiyindən alovun qarşısının alınmasında əsasən əl əməyindən və helikopterlərin köməyindən istifadə edilib.

Yanğının söndürülməsinə aviasiya dəstəsinin 2 helikopteri də cəlb edilib.

Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.