E.Məmmədyarov Avstriyanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın xarici işlər naziri Michael Spindeleggerlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı iqtisadi, enerji və mədəniyyət sahələri də daxil olmaqla iki ölkə arasındakı əməkdaşlığın perspektivləri müzakirə edilib.

Elmar Məmmədyarov həmçinin Dağlıq Qarabağ danışıqlarının hazırkı durumu barədə avstriyalı həmkarına məlumat verib.

Görüş Zalsburq şəhərində keçirilən “Zalsburq trilogiyası” konfransı çərçivəsində baş tutub.