Əfqanıstanda törədilmiş partlayışda azı 4 adam ölüb

Əfqanıstanın Herat əyalətində törədilmiş partlayışda azı 4 nəfər ölüb, 12 adam isə yaralanıb.

Yerli hakimiyyətin məlumatına görə, partlayış Şindand rayonundakı kur bazarlardan birində törədilib.

Bazardakı mağazalardan birinə bomba qoyulubmuş.

Xəsarət alanlardan 3-ü polisdir.

Təkcə bu həftə Əfqanıstanda törədilmiş partlayışlarda 35 mülki sakin ölüb.