ABŞ-ın pilotsuz təyyarəsi Pakistan ərazisini vurub

Pakistanın Şimali Vəziristan əyalətində azı 5 yaraqlı öldürülüb.

Əməliyyatı ABŞ-ın pilotsuz təyyarəsi keçirib.

France-Presse agentliyinin Pakistan təhlükəsizlik xidmətinin əməkdaşına istinadla verdiyi məlumata görə, Əfqanıstan sərhəddinin yaxınlığındakı hərbi düşərgəyə 2 raket buraxılıb.

Bundan əvvəl ölkənin cənub-qərbindəki nəzarət-buraxılış məntəqələrindən birinin ətrafında törədilmiş partlayış nəticəsində isə 5 Pakistan əsgəri həlak olub.

Yerli hakimiyyətin məlumatına görə partlayışı intiharçı törədib.