Yəməndə 14 əsgər öldürülüb

Yəmənin Aden şəhərində xüsusi xidmətin qərərgahına edilmiş hücum nəticəsində azı 14 əsgər ölüb.

France-Presse agentliyinin məlumatına görə, onlardan 11-i atışmada, 3-ü isə intiharçının törətdiyi partlayış nəticəsində ölüb.

Hakimiyyət hücuma görə cavabdehliyi əl Qaidənin üzərinə atır.