İnquşetiyada 8 polis öldürülüb

İnquşetiyanın Malqobek şəhərindəki partlayışı intiharçı törədib.

Bu barədə hüquq mühavizə orqanları məlumat verirlər.

Partlayış nəticəsində 8 adam ölüb, 10-dan çox adam yaralanıb.

Onların hamısı polisdir.

Partlayış, polislər ötən geçə öldürülmüş əməkdaşlarından birinin yasına gedərkən törədilib.

Onlar həyətə girən kimi intiharçı özünü partladıb.

İntiharçının şəxsiyyəti müəyyən edilir.