Prezident azyaşlı xəstə qızın həbsinə izahat istəyir

Pakistan prezidenti Asif Ali Zardari İslamı təhqir etmək ittihamı ilə azyaşlı xəstə qız uşağının həbsi ilə bağlı öz məmurlarından məlumat tələb edir. Bu ölkədən gələn xəbərlərə görə Doun sindromu xəstəliyindən əziyyət çəkən 11 yaşlı xristian qız Quran`ın səhifələrini yandırmaq ittihamı ilə avqustun 16-da 14 günlüyə həbs edilib.

Hadisədən qəzəbli olan müsəlman fəalların qızın cəzalandırılmasını tələb edirlər.
Prezident Asif Ali Zardari isə Daxili İşlər nazirindən bu hadisə ilə bağlı məlumat verməyi tələb edir.

Pakistan qanunlarına görə İslamın təhqir edilməsinə görə ölüm hökmü verilə bilər. Bu qanuna qarşı çıxışları ilə məşhur olan hökumətin yeganə xristian naziri keçən il qətlə yetirilib.