Rusiyada Madonnaya qarşı 10 milyon dollarlıq iddia!

Rusiya - Madonna Sankt-Peterburqda konsert verir, 9 avqust 2012

-

Rusiyada homoseksuallığı qəbul etməyən 9 nəfər fəal Madonnaya qarşı 10 milyon dollarlıq iddia qaldırıblar.

Pop ulduzu bu yaxınlarda Sankt-Peterbuqda konserti zamanı Rusiyada cinsi azlıqların müdafiəsi ilə bağlı şüarlar səsləndirmişdi.

Sankt-Peterburq məhkəməsinin hakimi bu həftənin sonuna qədər iddianı qəbul edib-etməməklə bağlı qərara gələcəklərini bildirib.

Bu ilin əvvəlində Sankt-Peterburqda “gənclər arasında homoseksuallığın təbliğinin qadağan olunmasına” dair yerli əhəmiyyətli qanun qüvvəyə minib.

Madonna isə bu ayın əvvəlində həmin şəhərdə verdiyi konsert zamanı kürəyinə "No fear" (“Qorxmayın”) şüarı yazaraq cinsi azlıqlara qarşı dözümlülüyə çağırmışdı.