Müxalifət prezidenti məhkəməyə verir


Ukrayna müxalifəti məhkəməyə müraciət edərək prezident Viktor Yanukovich`in xalqa qarşı cinayət törətməsini tanımaq üçün məhkəməyə müraciət edib.
Vahid müxalifətin mərkəzi seçki qərargahının rəhbəri Oleksandr Turchynov avqustun 20-də jurnalistlərə bildirib ki, ötən həftənin sonundan bu iddia ərizəsi üçün imza toplamağa başlayıblar və indiyə qədər 309 711 nəfər imza verib.

Ukrayna Dəyişikliklər Cəbhəsi Partiyasının lideri bildirib ki, müxalifət Ali Məhkəməyə müraciətdə prezident Yanukovich`i qanunsuz olaraq pensiyalar haqqında qanunu, vergi məcəlləsini, dövlət dili ilə bağlı mübahisəli qanunu imzalamaqda, hüquq olmadan Nazirlər Kabineti üzvlərini təyin etməkdə, Konstitusiya Məhkəməsi üzvlərinə təzyiq göstərməkdə suçlu sayırlar.

Hələlik bu ittihamlarla bağlı Ukrayna Prezidenti Administrasiyasından hər hansı şərh səslənməyib.