"Pussy Riot" qrupuna hökm oxuyan məhkəmənin saytı dağıdıldı

“Pussy Riot” qrupunun üzvlərinə həbs cəzsı verən Moskvanın Xamovniçeski məhkəməsinin saytına haker hücumu olub. Hakerlər məhkəmənin açılış səhifəsində Pussy Riot qrupunu dəstəkləyən şüarlar, onların mahnılarını və Putin əleyhinə ifadələr yerləşdiriblər.

Məhkəmənin sözçüsü səhifələrinin hücuma məruz qaldığını təsdiqləyib. Ötən cümə günü bu məhkəmə qrupun 3 qadın üzvünə həbs cəzaları vermişdi. Fevral ayında Moskva Pravoslav Kilsəsinin qarşısında Putin əleyhinə mahnılar oxumaqla dini ədavəti qızışdırması haqda qərar çıxarmışdı. Polis qrupun digər üzvlərini də axtarır.