Ukrayna Putinə sui-qəsddə ittiham olunan çeçeni Rusiyaya vermədi

Ukrayna rəsmiləri Vladimir Putinə sui-qəsddə ittiham olunan çeçenin Rusiyaya ekstradisiyasını dayandırıblar. İyulun 21-də məhkəmə bildirib ki, Odessada həbs olunan Adam Osmayevin eksdtradisiyası ilə bağlı Strasburqdakı Avropa İnsan Haqları məhkəməsinin tələbini nəzərə alaraq bu addımı atırlar.

Vladimir Putinin 4 martda 3-cü müddətə prezident seçilməsindən öncə Rusiyada ona qarşı sui-qəsd ittihamları ortaya atılmışdı və Adam Osmayev də ittiham olunanlar arasında idi. Ukaynalı prokurorlar fevralda həbs elədikləri Osmayevi Rusiyaya təhvil vermək istəsələr də, məhkəmənin bu qərarı ilə proses dayandırılıb.