Belarus müxalifət liderinin deputatlığa namizədliyi qeydə alınmayıb

Belarusun Mərkəzi Seçki Komissiyası müxalifətdə olan “ Azadlıq uğrunda” hərəkatın lideri və prezidentliyə keçmiş namizəd Aleksandr Milinkeviçin deputatlığa namizədliyini qeydə almayıb.

Bu barədə İnterfax agentliyi hərəkata istinadla xəbər verir.

Hərəkatın məlumatına görə onun namizədlik üçün təqdim etdiyi imzaların 15 faizi qanunsuz hesab olunub.

Müxalifət lideri bunun siyasi qərar olduğunu deyir.

Belarusda parlament seçkisi sentyabrın 23-nə təyin edilib.