Rusiyada təyyarə qəzasında 2 nəfər ölüb

Leninqrad vilayətinin Lomonosov rayonunda kiçik təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həlak olub.

Kiçik mühərrikli An-2 təyyarəsi “İnterTransAvia” şirkətinə məxsusdur.

Təyyarə bağlı uşaq bağçasının ərazisinə düşüb.

Yerdə itki və ya xəsarət alan olmayıb.

Qəzanın səbəbi araşdırılır.