Azərbaycanın baş naziri Artur Rasizadə Bişkekə gedib

Azərbaycanın baş naziri Artur Rasizadə

Azərbaycanın baş naziri Artur Rasizadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak etmək üçün çərşənbə günü Bişkekə yollanıb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Sammitdə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın perespektivləri və digər məsələlər müzakirə olunacaq.