Türkiyə prezidentinin səhhətində problemlər yaranıb

Türkiyə prezidenti Abdulla Gül səhhətində yaranan problemlə bağlı Bişkekə rəsmi sfərərini təxirə salmağa məcbur olub. Bu barədə Qırğızıstanın rəsmi mətbuatı məlumat yayıb. Ölkə mediası Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən bildirib ki, Türkiyə prezidenti qrip olub, eşitmə qabiliyyətində problem yaranıb.

Gül Bişkekə Türk Dövlətlər başçılarının Əməkdaşlıq Şurası sammitində iştirak etmək üçün gəlmişdi.