Sloveniyada hava şarının düşməsi nəticəsində 4 adam ölüb

Sloveniyada hava şarının düşməsi nəticəsində azı 4 adam ölüb, 4 uşaq da daxil olmaqla 18 nəfər xəsarət alıb.

Qəza avqustun 23-ü səhər saatlarında Lyublyananın 12 kilometrliyində baş verib.

Yaralılardan 8-i ağır vəziyyətdədir.

Xəsarət alanların arasında Britaniya və italiyalı turistlər də var.

Yaralılardan birinin dediyinə görə hava şarı yerə enərkən ağaca ilişib və yerə çırpılaraq yanıb.
İstintaq gedir.