Venesuelada neftayırma zavodu partlayıb, ölənlər var

Venesueladakı neftayırma zavodunda baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb, 50-ə yaxın adam isə yaralanıb.

Qəza şənbə günü səhər Amuay liman şəhərinin yaxınlığndakı müəssisədə baş verib.

Energetika naziri bildirib ki, partlayışa səbəb qaz sızması olub.

Müəssisənin ətrafındakı bir neçə binaya xəsarət dəyir.