Çində yol qəzasında 28 adam ölüb

Çinin şimalında baş vermiş yol qəzasında azı 28 adam ölüb, 5 nəfərsə yaralanıb.

Yaralılardan ikisi xəstəxanaya götürülüb.

Sərnişin avtobusu Ynan şəhərinin ətrafında metan qazı daşıyan maşınla toqquşub və nəticədə hər iki maşın yanıb.

Qəzanın səbəbi araşdırılır.