Qırğızstanda Hizb-ut-Təhririn yerli lideri yaxalanıb

Qırğızsıtanda qadağan olunmuş Hizb-ut-Təhrir təşkilatının bir bölməsi aşkarlanıb və bu qrupun liderio həbs olunub.

Polis axtarış zamanı kitablar və CD-lər tapıb ki, bunları da “hakimiyyəti devirmək və ekstremist ideyaları yaymaq” kimi qiymətləndirir.

Hizb-ut-Təhrir beynəlxalq sünni təşkilatıdır. O, bütün müsəlman ölkələrini bir Xilafətdə birləşdirmək istəyir.
Təşkilat dinc yolla mübarizə apardığını bildirsə də, bir çox müsəlman ölkəsində Hizb-ut-Təhrir qadağandır.