Metro qış qrafikinə keçir

Sentyabrın 17-də Bakı Metropoliteni qış qrafikinə keçəcək. Yeni hərəkət qrafiki tədris ilinin başlanması ilə bağlıdır. Xəbəri Trend-ə Metropolitendən veriblər.

Xəbərdə deyilir ki, hazırda metroda qatarlar arasında interval 2,5 dəqiqədir, qış qrafikinə keçidlə əlaqədar inverval azalacaq. Bundan başqa, qatarların sayı da artacaq.

Eləcə də «28 May» meteostansiyasında təmir başa çatacaq. Stansiyanın əsas çıxışı istifadəyə veriləcək.

Stansiyada işlərin aparılmasına dövlət büdcəsindən bu il üçün 13 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub.