Ban Kİ Moon Tehranda İran rəhbərliyi ilə görüşəcək

BMT-nin baş katibi Ban Kİ Moon Qoşulamam hərəkatının sammitində iştirak etmək üçün Tehrana gedib.

Ban Ki Moon Tehranda bildirib ki, o səfər zamanı İranın ali dini lideri Ayatolla Ali Khamenei və prezident Mahmud Ahmadinejadlla Suriyadakı vəziyyəti də müzakirə edəcək.

Suriyanın yaxın müttəfiqi olan Tehran Suriya münaqişəsində Qərbin mövqei ilə razı deyil.

Ban Kİ Moon səfər zamanı İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti də müzakirə etmək fikrindədir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran isə nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.