Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın 11-12-də Bakıya səfər edəcək.

Bu barədə Türkiyə hökumətin mətbuat xidmətindən məlumat verilib.

Xəbəri «Anadolu» agentliyi yayıb.

Ərdoğan Azərbaycan-Türkiyə Birgə Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşəcək.