"5 ağıllı iqtisadçıdan biri": Avro dağlsa, Almaniyaya nə olacaq?

Avro tamam dağılsa, Almaniya iqtisadiyyatına nə qədər ziyan dəyəcək?

Almaniya hökumətinin iqtisadi müşaviri Lars Feldin hesablamasına görə, itki Almaniyanın bir illik iqtisadiyyatının 10 faizi həcmində olacaq.

Onun fikrincə, hətta Yunanıstanın avrozonadan çıxması Almaniya biznesinə riskdir.

Reuters yazır ki, Feld Almaniyada ictimai müzakirələrə təsir edən “5 ağıllı iqtisadçıdan” biridir. “Ancaq bu 5 adamın siyasətə birbaşa təsiri yoxdur”.

Feld deyir ki, onların hesablamasına görə, Almaniyanın avrozonadan ümumi alacaqları 3,5 trilyon avrodur.

“Bunun böyük hissəsi defolt olsa, iqtisadiyata, orta və xırda biznesə zərbə dəyəcək. Almaniya Ümumi Daxili Məhsulunun 7-10 faizini itirəcək”.

Almaniyanın bir sıra rəsmiləri Yunanıstanın avrozonadan çıxmasını istəyir.
Kansler Merkel isə Yunanıstanın çıxmasının qəti əleyhinədir.

Feld deyib ki, “böhranı həll etməyin çox az yolu var. Bu yolların əksəriyyəti gözəllliyi ilə seçilmir”.