NATO-nun Baş katibi Azərbaycana gəlir

Anders Fogh Rasmussen

-
NATO-nun Baş katibi Anders Fogh Rasmussen Azərbaycana səfərə gələcək.

APA-nın xəbərinə görə, səfər sentyabrın 7-nə planlaşdırılıb.

Baş katib Bakıda Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanla NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

A.F.Rasmussen'in Bakıya səfəri onun Cənubi Qafqaz turnesi çərçivəsində gerçəkləşəcək. Sentyabrın 5-6-da o, Ermənistanda olacaq.