"Nizami Gəncəvi" filmi sentyabrın sonunda hazır olacaq

Azerbaijan -- Nizami Ganjavi, pictured on rug in a museum in Ganja, 2005

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Nizami Gəncəvi" sənədli filminin çəkilişi davam etdirilir.

Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilən filmin rejissoru Rafiq Quliyev, operatoru
Ceyhun Quliyev, icraçı prodüseri isə Tofiq Musayevdir.

Çəkiliş qrupu indi şairin doğulduğu Gəncə şəhərinə getməyə hazırlaşır.

Film sentyabrın sonuna hazır olmalıdır.

/ANS/