Berezovski-Abramovich 0:1

Boris Berezovsky (solda) və Roman Abramovich Moskva 18 yanvar 2000-ci il

Londonun Ali Məhkəməsində iki rus oliqarxının uzun sürən məhkəmə davasında Berezovski Abramovichə uduzdu.

66 yaşlı Boris Berezovski hazırda Chelsea klubunun sahibi olan Roman Abarmovichi şantajda, müqaviləni pozmaqda ittiham edirdi və dəyən zərərin ödənməsi üçün 4,75 milyard dollar istəyirdi.
Berezovskinin iddiasına görə, onun Sibneftdə və RUSAL-da payları olub, bunu Abramovich dəyər-dəyməzinə satıb. .

Abramovich isə Berezovskinin onun heç vaxt biznes şəriki olmadığını, aralarında razılığın yalnız Berezovskinin ona "krışalıq" etməsi ilə bağlı olduğunu deyirdi.

Hakim Elizabeth Glosser məhkəmı qərarını elan edib ki, "Berezovskinin Sibneft və RUSALa iddiaları rədd olunur".