"Neftçi" qrup mərhələsinə çıxdığına görə 1milyon 300 min avro alacaq

Official logo of the UEFA Europa League.

Avropa Liqasının qrup mərhələsinə çıxan Bakının “Neftçi” klubu bununla büdcəsini də artıracaq.

Qol.Az-ın məlumatına görə, UEFA 2012-13-cü il Avropa Liqasının qrup mərhələsinə çıxan klubların hər birinə 1 milyon 300 min avro pul verəcək.

Bundan başqa bu məbləğə, qrupdakı hər qələbəyə görə 200 min, hər heç-heçəyə görə isə, 100 min avro əlavə ediləcək.