«İlham Əliyev Naxçıvanda möcüzə ilə tanış olub»

-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq Qapısı 14 iyun 2012

Sayı: 110(20.515)


Naxçıvan Diaqnostika – Müalicə Mərkəzində növbəti açıq ürək əməliyyatlarına start verilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə kardiocərrahiyyə, uroloji, plastik, göz, angioqrafiya və digər yüksək ixtisaslı həkim briqadalarının muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələrdən olan xəstələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin intensiv qaydada icra olunması davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanası Ürək – Damar Xəstəlikləri Mərkəzinin 29 nəfərlik heyəti Naxçıvana gəlmişdir. Gün ərzində Naxçıvan Diaqnostika – Müalicə Mərkəzində 12 açıq ürək əməliyyatı həyata keçirilmişdir. Əməliyyat və müayinələrdə yerli həkimlərdən Şahin Mazanov, intiqam Fətullayev, Süleyman Cəfərov da yaxından iştirak etmişlər.
Həkim briqadasının fəaliyyəti dövründə müayinə ediləcək pasientlərdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amilləri araşdırılacaq, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələri diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvanın çağdaş intibahı böyük arzulardan, güc və qüdrətdən, işgüzarlıqdan qaynaqlanır.

...1995-ci ildən Naxçıvan muxtar Respublikasının şəhər və kəndlərində abadlıq işləri böyük vüsətlə aparılmış, orta və ali məktəb binaları, mədəni – maarif ocaqları, idman kompleksləri, elmi v ə inzibati binalar tikilmişdir. Naxçıvanın tarixi – memarlıq abidələri, böyük şəxsiyyətlərin ev muzeyləri təmir olunmuş və ya yenidən qurulmuşdur.
Bu gün muxtar respublikada müşahidə edilən irimiqyaslı quruculuq işlərinin, iqtisadiyyata sürətli investisiya qoyuluşlarının təməlində uzun dövr üçün əsası qoyulmuş makroiqtisadi sabitlik və davamlı inkişaf dayanmaqdadır ki, bu da, ilk növbədə, səmərəli idarəetmənin nəticəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sözləri ilə desək: «Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda. Adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar». Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri zamanı bu möcüzənin yeni səhifəsi ilə tanış oldu.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Ulu öndər Heydər Əliyevin iqtisadi siyasəti dinamik inkişafın qarantıdır
- Kikboksçular qüvvələrini sınayıblar
- Naxçıvan şəhərində Bələdiyyələrin fəaliyyəti müzakirə edilib