Azərbaycan Neft Fondu Macarıstan həftəliyinin yazısını təkzib edir

Neft Fondunun rəhbəri Şahmar Mövsümov


Azərbaycan Neft Fondu Macarıstanın qiymətli kağızlarını alması ilə bağlı dərc edilən məlumatları təkzib edir.

Neft Fondunun sentyabrın 3-də yaydığı açıqlamada deyilir ki, fond Macarıstanda heç bir qiymətli kağıza və ya digər maliyyə vasitəsinə investisiya etməyi nəzərdə tutmur.

Neft Fondunun açıqlaması bir neçə gün öncə Macarıstanın «Figyelö» həftəliyində dərc olunmuş yazıda deyilənlərə cavabdır.

Məqalədə qeyd olunurdu ki, «Azərbaycan Macarıstanın dövlət istiqrazlarını almaq niyyətindədir, bu məqsədlə 2-3 milyard avro ayrılması nəzərdə tutulur."

Məlumatın mənbəyi kimi Macarıstanın İqtisadiyyat Nazirliyindəki mənbə göstərilirdi.