Metronun «Xətai» stansiyasının işi bərpa olunub

Bakı Metropoliteninin «Xətai» stansiyasının işi bərpa olunub. Bu barədə Trend-ə Bakı Metropolitenindən məlumat verilib.

İlkin məlumatlara görə, stansiyanın işində fasilə elektrik enerjisinin kəsilməsi səbəbindən baş verib.

«Hazırda heç bir problem yoxdur, stansiyanın işi bərpa olunub», - Metropolitendən deyiblər.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 23 stansiyası var.