-
...Tez cırnayan gəncliyin sərb kasası nəlbəkiyə bənzəyir, tezcənə də dolur.
Elə “Ulduz” jurnalının gənclərin ixtiyarına verilmiş məlum sayı haqqında polemik yazılara qoşulan və “Enişə icazə verildi” yazısıyla az qala söyüşü bir qəpiyə olan Nahid kimi.
Əsəd Cahangir gəncləri tənqid edir, hamı bir nəfər kimi düşür tənqidçinin üstünə...
Yazar Faiq Hüseynbəyli "Oxu zalı"na göndərdiyi bu məqalə ilə "Ulduz" jurnalı haqda polemikaya qoşulur.
Faiq Hüseynbəyli
“ULDUZ”UN FUTBOL ÇEMPİONATI VƏ AVTOQOL
“Min manat pul vermişəm, oynamaqlarına bax”. Bu ifadə yəqin ki, “Bəyin oğurlanması” filmindən hamıya tanışdır.
Yazıya üslubu bənzər giriş verməyim söhbətin hansı polemikadan getdiyini yəqin ki, aydınlaşdırdı. Bu birinci kadr idi...
Ədəbi mühitdə polemikalara qoşulmaq fikrimi həmişə öz içimdə boğmuşam. Kim necə düşünürsə düşünsün, məndən ötrü, bunun bir nədəni var: ədəbi gəncliyin tənqidə dözümsüzlüyü.
Tez cırnayan gəncliyin sərb kasası nəlbəkiyə bənzəyir, tezcənə də dolur. Sanki bir-birinin ağzına tüpürənlər yazılarına məntiqi düşüncədən çox, bir-iki söyüş əlavə eləyib söz üstünə haqlı-haqsız hücum çəkdiklərinə görə, insan hardasa öz abırına sığınmaq məcburiyyətində qalıb polemikaya qoşulmaq sevdasından vaz keçir.

Əsəd Cahangir gəncləri tənqid edir, hamı bir nəfər kimi düşür tənqidçinin üstünə. Görünür, xoş tərif eşitmək istəyən ədəbi gəclik təndiq olunanada naxoşlayır. Axı, qardaş, düz sözə nə deyəsən? “Əvvəl jurnalın üzü, sonra içi!” deyən tənqidçi Əsəd bəyin nə qədər haqlı olduğunu anlamaq o qədər də çətin deyil: “Aysel xanım ənənənin əksinə olaraq, müəlliflərin şəkillərini jurnalın içi yox, üz qabığına qoyur və fərqinə varmır ki, bunlar nizamilər, füzulilər, natəvanlar deyil, yəni oxucu kütləsinin hələ tanımadığı bu şəxslərin şəkillərinin altında adlarını da qeyd etmək lazımdır”.
Aysel Əlizadənin təbirincə desək, jurnalın üz qabığındakı simvolik xarakter daşıyan şəkillərdə isə simvolizmin özü çatışmır. Vikipediya məlumatlarına nəzər saldıqda simvol və rəmzlərin ədəbiyyatımızdakı rolu haqqında kifayət qədər məlumat əldə etmək olar. Amma bunun “Ulduz” jurnalının 2012-ci il, 7-ci sayındakı üz qabığında verilən şəkillərə heç bir aidiyyatı yoxdur. Simvolik olsa da, canında, ruhunda məna daşımayan istənilən sənət nümunəsinin heç bir bədii əhəmiyyəti yoxdur. Bu mənim subyektiv fikrim idi.
Şəxsən mən burda başqa bir simvol görürəm. Tənqidi qəbul edib nəticə çıxarmaq
əvəzinə, onu təhqirlə cavablandırmaq, əslində göründüyündən də aşağı səviyyəli yazar olmağın simvoludur. “Yazar” ona görə deyirəm ki, “yazıçı” sözünün qardaş Türkiyə variantı daha obyektiv başa düşüləndir. Çünki bu “yazar” elə bir gün gələr “yazmaz” axı. Yazıların arxasında dayanan imzaların kim olacaqlarını indidən ayırd eləmək çətindir. Bütün bunları nəzərə alıb, elə “qələm çalmalısan” ki, ilham pərin qocalıb qarıya dönəndə, ağzı yer qapanda utanmaq əvəzinə, fərəhlənəsən. Dizraeli yazır ki, gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmançılığını çəkir. Gənc dostlarıma heç vaxt peşman olmamalarını arzulayıram.
Yüzlərlə gənc istedad tanıyıram ki, Rusiya bazarlarında öz istedadları ilə məhv olub gedir. Biz hələ də anlamırıq ki, öz haqqını istədiyi üçün başına qapaz endirilən Üzeyir bəyin qəhrəmanları ölkəsində yaşayırıq. Kimin yazıçı, şair, kiminsə ticarət bazarlarında bizneslə məşqul olacağını indidən demək çətindir. Bunu zaman göstərəcək. Axı Nahid özü demişkən, “zaman hər kəsin aynasıdır” və “elə insan yoxdur ki, zamanla dəyişməsin”. Buna görə də yazıçılıq həm çətin, həm də qəliz peşədir. Bu da ikinci kadr...
Polemikanı izlədikcə tərəflərin bir-birlərinə və özlərinə qoşduğu ayamaların da milli koloriti çatışmır. “Don Əsəd” ironiyası, “Mən Sevvantesəm” təqdimatı, “ledi Dulsineya” xitabı və başqa müraciətlər tənqiddən daha çox qərəzli mövqe daşıyır. Məni ən çox sarsıdan isə, gənc ədəbiyyatımızın təmsilçisi Nahidin qərəz və söyüşlərlə bəzənən yazısıdır.
Yazıçı kimi nə Nahidlə, nə Aysel Əlizadə ilə, nə də Kəramət Böyükçöllə şəxsi
qərəzliyim yoxdur. Hətta bu imzalarla qiyabi tanışam, yəni nə vaxtsa şəxsi tanışlığımız olmayıb. Nə də Əsəd Cahangirin mənim müdafiəmə ehtiyacı yoxdur. Necə deyərlər, görünən dağa nə bələdçi?
Bir daha vurğulayıram ki, bu yazı məlum polemika ilə bağlı fərdi düşüncələrimdi. Çünki məni tanıyanlar bilir ki, nə həyatda, nə də ədəbi mühitdə heç bir qruplaşmanın tərkibində olmamışam. Söz yox ki, bir çox gənclər kimi, mənim də ədəbi tənqidimizdən narazı qaldığım məqamlar olub. Gənc yazarlar içində poema janrında qələm sınayan yoxdur. Bu missiyanı üzərimə götürüb altı poema yazsam da, peşakar tənqid bu poemaları görməməzlikdən gəldi. Və ümumiyyətlə ədəbi tənqidin ədəbi gənclik haqqında düşüncələri zamanında olmur. Ya çox erkən olur, ya da çox gec qalır.
Vaqif Yusifli Əvəz Qurbanlı haqqında yazısında etiraf edir ki, müəllif kitabı ona dörd il əvvəl bağışlayıb. İllər keçəcək, Əsəd Cahangirin tənqidin süzgəcindən keçirdiyi imzaların əksəriyyəti ədəbiyyatda olmayacaq. Bunu mən tam əminliklə deyirəm, çünki bu tarixən belə olub. Nəsimi dövründə yüzlərlə hürufi şair olub. Mirzə Sabirin sağlığında heç kitabı çıxmayıb. Salam Sarvan Yazıçılar Birliyinə qəbul olanda kitabı nəşr olunmamışdı. Məncə, bu faktlar qarşısında narazılığımı biruzə vermədiyim kimi, aqressiv gəncliyi də düşünməyə dəvət edirəm.
Qayıdaq Nahidin enmək üçün icazə aldığı çevrəyə. Nahid “Belə Borxesin də zatının ağzını... belə Freydin də!”, Utanc gətirən ifadələrlə “qığılcım saçan” yazısında müəllif Əsəd Cahangiri siyasətinin zəif olmasında suçlayır. Bəli, Əsəd bəyin siyasəti yoxdur, çünki ədəbiyyatı var, yazısı var. Sən siyasətlə ədəbiyyatın yerini səhv salmısan, əziz Nahid! Bu gedişlə sənin tezliklə bir partiya yaradıcağın fikrinə gəlmək olar. Elədirsə, niyə enerjini lazım olan yerə sərf eləmir, siyasi fəaliyyətlə məşğul olmursan. Dərin savadın, yüksək mədəniyyətin göstərir ki, bu səndə “əla” alınar!
Əsəd Cahangirin hansı səviyyədə tənqidçi olduğunu şərh etməyə isə, məncə, ehtiyac yoxdur. Jurnalın bu sayına qədər iki dəfə gənclərin ixtiyarına verilməsindən söz açan və polemikaya start verən tənqidçi yazır: “İki dəfə dirəyə dəyib qayıdan top axır ki, qapıdan keçməliydi, ya yox? Təəssüf ki, dərginin əvvəlki iki sayı ilə müqayisədə hər hansı ciddi fərq (və irəliləyişdən!) birmənalı danışmağa imkan verməyən bu say da, yumşaq desək, ümidlərimizi doğrultmadı. Və hətta top bu dəfə qapıdan ümumən yan keçdi...”
Əsəd bəyə demək istəyirəm ki, narahat olmasın, artıq Nahid öz yazısıyla avtoqola imza atıb və ədəbi gənclik adına utanc gətirən vulqarizmlə məğlub durumdadır. Bu da üçüncü kadr...
Nəticəm isə bəllidir, bugünkü ədəbi gəncliyin sapı üzərinə odun yığmaq olmaz.
Matçın sonunu gözləyək...
Polemikaya qoşulmaq istəyənər yazılarını bu ünvana yollaya bilərlər: oxuzali@azadliqradiosu.az