Azərbaycanın dəqiqləşdirilmiş neft-qaz ehtiyatlarının həcmi açıqlanıb

-
Azərbaycanın dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları isə 2.55 trln. kubmetrdir.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən «Neft-qazçıxarmada yeni texnologiyalar» II Beynəlxalq elmi-təcrübi konfransında bildirib.

Onun dediyinə görə, Azərbaycanın proqnozlaşdırılan neft-kondensat ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları isə 3,45 trln. kubmetr təşkil edir:

«Ölkənin ümumi karbohidrogen ehtiyatları isə 10 mlrd. ton (şərti yanacaqla) həcmində qiymətləndirilir».

/apa/