ATƏT nümayəndələri Azərbaycan və Ermənistana səfər edəcək

Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına üzv olan ölkələrdən 19-nun ATƏT-dəki daimi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edir.

Səfirlər sentyabrın 10-u və 11-də Bakıda olacaq.

Onlar hökumət nümayəndələri, siyasi partiya və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcək.

Səfərin məqsədi regionla yaxından tanış olmaq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaqdır.