Prokurorun köməkçisi işdən qovulub

Baş Prokurorluq

-
Abşeron rayon prokurorunun böyük köməkçisi işdən qovulub.

Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, Abşeron prokurorunun böyük köməkçisi Qumru Orucova prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.

Q.Orucova mətbuatla əlaqələr üzrə məsul şəxslərdən olub.