ABŞ və Rusiya Qarabağ məsələsini müzakirə ediblər

Sergey Lavrov və Hillary Clinton

-
Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ-ın Dövlət katibi Hillary Clinton Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Onların görüşü sentyabrın 8-də Vladivostokda Asiya və Sakit Okean ölkələrinin sammiti çərçivəsində baş tutub.

Görüşün nəticələrini şərh edən S.Lavrov deyib:

«ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Dağlıq Qarabağ danışıqlarının bərpası üçün səyləri davam etdirməyi lazım bilirik».

Məlumatı Rusiya XİN-in mətbuat xidməti yayıb.