H.Clinton:"ABŞ-la Rusiya arasında fikir ayrılıqları mövcuddur"

ABŞ-la Rusiya arasında Suriya münaqişəsi və insan haqları sahəsində hələ də fikir ayrılıqları mövcuddur.

Bunu ABŞ Dövlət katibi Hillary Clinton Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının
Vladivostokda keçirilən sammitindən sonra jurnaıistlərə açıqlamasında deyib.

O bildirib ki, Vaşinqton Suriya prezidenti Bashar Assadın istefasını tələb edənləri dəstəkləməkdə davam edir və bunu ölkənin demokratikləşməsində əsas şərt sayır.

Amma dövlət katibi BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı qətnamə layihəsinin hazırlanmasında Moskvayla əməkdaşlığa hazır olduğunu qeyd edib.

Hillari Klinton həmçinin Rusiyada vətəndaş cəmiyyətinin fəaliyyətini məhdidlaşdıra bilən yeni qanunların qəbulundan narahat olduğunu bildirib.