Almaniyada kürdlərin festivalında toqquşma olub

Almaniyanın qərbindəki Manqeym şəhərində keçirilən kürd festivalı zamanı baş vermiş toqquşmada 80 polis xəsarət alıb.

Yaralılardan biri ağır vəziyyətdədir.

31 nəfərin saxlandığı, 13 polis maşınına xəsarət dəydiyi xəbər verilir.

Şənbə günü axşam baş vermiş toqquşmaya səbəb təşkilatçıların 14 yaşlı gəncin qadağan olunmuş qrupların bayrağını qaldırmasına icazə verməməsi olub.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Festivala Avropanın müxtəlif ölkələrindən 40 minə yaxın kürd yığışıbmış.