İraqdakı partlayışlarda azı 100 adam ölüb

Arxiv foto

Bazar günü İraqda baş verən partlayışlar və hücumlar nəticəsində azı 100 adam ölüb. Terror aktları ölkənin 13 şəhərində olub. Bağdadda isə partlayışlar şəhərin şiələr yaşayan altı rayonunda baş verib.

Terror aktları keçmiş vitse-prezident Tarik al-Hashemi haqqında çıxarılan edam cəzasından sonraya təsadüf edir.

Tarik al-Hashemi sünnidir. O, İraqı keçən ilin dekabrında barəsində həbs qərarı veriləndən sonra tərk edib.

Şiələrin başçılıq etdiyi İraq hakimiyyəti Hashemini 2005-2011-ci illərdə baş verən terror aktları və ölümlərin təşkilində ittiham edib.