Çexiyada qanunsuz spirtli içkidən ölənlərin sayı 7-yə çatdı

Çexiyada qanunsuz satılan spirtli içkidən daha 4 adam ölüb.
Həmin içkidə metanol spirti tapılıb.
Hazırda ölənlərin sayı 7 nəfərdir. Xəstəxanaya düşənlərin sayı isə 22-dir.
Polis 36 yaşlı bir nəfəri həbs edib.
Bütün ölkə boyu restoranların, barların, mağazaların spirtli içkilər satışı nəzarətə götürülüb.