Azərbaycanda hava sabitləşməyə başlayır

Sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 23-26 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Hava şəraitinin qısa icmalı: Respublika ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, yağışın səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında kəsiləcəyi gözlənilir.