ABŞ-n Mərkəzi Kəşfiyyat İdarəsinə kömək etdiyi bildirilən Əl-Qaidə lideri Osama bin Ladenin həkimi həbsxanada ona işgəncə verildiyini söyləyib.
Ötən yay həbs olunandan bəri Pişavarda həbsxanada Fox News-a müsahibə verən pakistanlı həkim Shakil Afridi deyib ki, Xüsusi Xidmət İdarəsində (İSİ) siqaretlə yandırma və elektroşokla ona işgəncə veriblər.
Afridi deyib ki, idarədə ABŞ-ı haqqında qatı düşmən tərəf kimi danışıblar və onu ABŞ kəşfiyyatını Bin-Ladenin izinə salmaqda töhmət ediblər. Pakistanlı həkim Bin-Ladenin öldürülməsində oynadığı roldan xəbərsiz olduğunu söyləyib.
Ötən ilin may ayında Afridi hərbi qrupu maliyyələşdirmək və ona dəstək vermək ittihamı ilə 33 il müddətinə azadlıqdan məhrum olunub.