Liviyada ABŞ səfiri öldürülüb

Christopher Stevens

Xarici informasiya agentlikləri bildirirlər ki, Benqazidə öldürülən 4 adam arasında səfir Christopher Stevens da olub.

Sentyabrın 11-i axşamı ABŞ konsulluğuna raket hücumu olub. Silahlı şəxslər konsulluğa hücum edib və binanı yandırıblar.

ABŞ dövlət katibi Hillary Clinton Dövlət Departamentinin bir əməkdaşının öldüyünü təsdiqləyib.

Bu zorakılığa ABŞ-da çəkilən «Müsəlmanların məsumluğu» adlı film səbəb olub.

Qonşu Misirdə də yüzlərlə adam Qahirədə ABŞ səfirliyinin qarşısında filmə etiraz ediblər. Onlar filmdə Məhəmməd peyğəmbərin təhqir olunduğunu bildirirlər.