Masallıda əlil ailələr dərman böhranı yaşayır. Bu dəfə rayonda məskunlaşmış Cəbrayıl köçkünü, Qarabağ müharibəsi əlili Əli Muradov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib.
2-ci qrup əlil olan Ə. Muradov və həyat yoldaşı Tamilla Muradovaya Masallı rayon xəstəxanasından pulsuz verilməli olan dərmanların onlara verilmədiyini deyib. Hər ay Səhiyyə Nazirliyinə yazdıqları şikayətdən sonra onları xəstəxanaya dəvət edib dərmanların az hissəsini verirlər. Ancaq əlil ailəsini bu, qane etmir.
«2006-cı ildə prezident fərman verib ki, Qarabağ əlilləri dərmanla pulsuz təmin olunsunlar. Ancaq xəstəxanalarda prezidentin fərmanına məhəl qoyan yoxdur. Özüm kontuziya almışam, həyat yoldaşım gözdən əlildir. Dərmanlarımızı cüzi təqaüdümüzlə alırıq. Birini alanda ikisinə pul tapmırıq. Elə vaxt olur ki, ailəlikcə ac qalıb axırıncı dolanışığımızı da dərmana veririk. Müraciət etmədiyim yer qalmayıb. Xəstəxana dərmanın birini verir, birini vermir. Müftə dərman əldə etmək əsəblərim bahasına başa gəlir. Gedirik İcra Hakimiyyətinə, ordan zəng vururlar xəstəxanaya, göndərirlər bizi xəstəxanaya, deyirlər gedin, dərmanlarınızı verəcəklər. Gəlirik xəstəxanaya, bizimlə elə rəftar edirlər ki, sanki dərmanı öz cibləri hesabına alıb verirlər».
Masallı rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Seymur Nuriyev Qarabağ əlilinin dərman problemi ilə maraqlanacağını və tədbir görəcəyini bildirib.