Obama Liviyada ABŞ səfirinin öldürülməsini təsdiqləyib

ABŞ prezidenti Barack Obama Liviyanın Benqazi şəhərində ABŞ səfiri Christopher Stevens və səfirliyin daha 3 əməkdaşının öldürülməsini təsdiqləyib və bu hücumu pisləyib.

Bir qrup silahlı adam çərşənbə axşamı Benqazidəki ABŞ konsulluğuna hücum edərək konsulluğu yandırıblar.

Onlar ABŞ-da Məhəmməd peyğəmbər barədə çəkilmiş filmə etiraz edib, bunun islama təhqir olduğunu bildiriblər.

Həmçinin Misirin paytaxtı Qahirədə radikal islamçılar ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.