Müdavim 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı Hərbi Məhkəməsində Ali Hərbi Təyyarəçilik Məktəbinin fərarilikdə təqsirləndirilən müdavimi Bilal Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, B. Allahverdiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

B. Allahverdiyev məktəbdən evə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. 4 gündən sonra onun itkin düşməsi barədə polisə müraciət edilib.

Lakin araşdırmalar zamanı B. Allahverdiyevin məktəbdən qaçaraq gizlənməsi məlum olub. O, saxlanılaraq istintaqa təhvil verilib.