100 tələbə prezident təqaüdü alacaq

-
Sentyabrın 15-də prezident İlham Əliyev 2012-ci il tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş tələbələrə prezident təqaüdü verilməsi haqqında sərəncam imzalayıb.

Bu təqaüdü alacaq tələbələrin ümumi sayı 100 nəfərdir.

Prezident təqaüdü 150 manatdır.