Netanyahu: «İranla səbirli davranmaq nəticə verməyəcək»

Baş nazir r Benjamin Netanyahu

İsrailin baş naziri Benjamin Netanyahu hesab edir ki, İrana qarşı səbirli siyasət nəticə verməyəcək, çünki bu ölkəni fanatizm idarə edir.

O bunu ABŞ televiziyasına müsahibəsində deyib.

O həmçinin qeyd edib ki, İranla müharibənin, nüvəli İrandan daha pis olmasını düşünənlərlə razı deyil.

O bir daha İranın nüvə silahı düzəltməyə yaxın olduğunu bildirib.

Netanyahu bundan əvvəl ABŞ-ı İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti danışıqlar və sanksiya yolu ilə həll etmək istəməkdə tənqid edib.

O hesab edir ki, bu məsələdə dinc metodlar işləmir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günühlandırır.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.