Stavropolda baş vermiş yol qəzasında 10 nəfər ölüb

Rusiyanın Stavropol diyarında mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 10 nəfər ölüb.

Ölənlərdən biri uşaqdır.

Xəsarət alanlar barədə məlumat verilmir.

Bu barədə diyarın Fövqəladə Hallar İdarəsi xəbər verir.

Qəzanın səbəbi araşdırılır.