İran Salman Rushdienin başına qoyduğu mükafatı artırıb

İran “Şeytan ayələri” kitabının müəllifi Salman Rushdienin başına qoyduğu mükafatı 3 milyon 300 min dollara qaldırıb.

Məlumata görə bu mükafat İranın xüsusi dini fondundan ayrılacaq.

İranın keçmiş ali dini lideri Ayatollah Khomeini 1989-cu ildə onun ölümünə fiətva verib.